Ekologiya
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata əsasən, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir. Yağıntılar bəzi yerlərdə leysan xarakterlidir.
Düşən yağıntının miqdarı Şahdağda 31, Quba və Qobustanda 24, Daşkəsən və İmişlidə 20, Şəkidə 21, Cəlilabadda 17, Sabirabad, Biləsuvar və Göygöldə 15, Şamaxıda 14, Balakəndə 13, Mingəçevir və Gədəbəydə 12, Zaqatala və İsmayıllıda 10, Xaltan, Qusar, Cəfərxan, Göyçay və Sarıbaşda (Qax) 9, Tərtər, Zərdab, Kürdəmir və Naftalanda 8, Naxçıvan, Ağsu, Qəbələ, Beyləqan, Ağdam, Xınalıq, Altıağac, Gəncə, Oğuz, Cəbrayıl, Ağstafa, Şəmkir, Bərdə, Şirvan, Tovuz, Yevlax, Xaçmaz, Goranboy, Ordubad, Yardımlı, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ağdərə və Füzulidə 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Şahdağda qar yağır. Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 23, Bakıda və Abşeron yarımadasında 20, Naxçıvanda 16 m/s-yə çatır.
Dənizdə dalğanın dalğanın hündürlüyü 4.8 metrə çatır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Naxçıvan MR-də 30, Aran rayonlarında 33, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti qeydə alınır.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 4-ü günün ikinci yarısından tədricən zəifləyəcək.
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin



































