Ekologiya
İlk dəfə Günəşin ən aydın FOTOSU ÇƏKİLDİ - Yeni dövr başlayır
ABŞ-ın Milli Günəş Rəsədxanası Havaydakı İnouye teleskopu ilə çəkilmiş Günəş səthinin möhtəşəm görüntüsünü yayımlayıb. Fotoda tarixdə ilk dəfə olaraq eni təxminən 20 kilometr olan incə maqnit zolaqları qeydə alınıb – bu, Günəş maqnetizmini anlamaqda yeni bir pəncərə açır.
Publika.az xəbər verir ki, bu barədə "Dailygalaxy" məlumat yayıb.
Alimlər izah ediblər ki, bu zolaqlar maqnit aktivliyinin “barmaq izləri”dir.
Doktor David Kuridzenin sözlərinə görə, kəşf Yerdəki GPS, elektrik şəbəkələri və peyklərə təsir edə biləcək günəş fırtınaları və püskürmələri daha dəqiq proqnozlaşdırmağa kömək edə bilər.
İnouye teleskopu günəşin maqnit sahələrini fövqəladə aydınlıqla görmək üçün unikal G-band təsvir texnologiyasından istifadə edir. NSO alimi David Boboltz təsviri "İnouye ilə görə biləcəyimiz şeylərin yalnız başlanğıcı" adlandırıb.
Artıq ictimaiyyət sosial şəbəkədə fotoya reaksiya verib. Çoxları miqyasdan və aydınlıqdan məmnun olsa da, bəziləri bunu real olmaq üçün "çox yad" adlandırıblar. Nə olursa olsun, ümumi təəssürat ondan ibarətdir ki, foto günəş tədqiqatlarında yeni bir dövr açır.
Hüseyn İbadlı
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
















.jpg)
.jpg)
















.jpg)




