Ekologiya
Nüvə tullantılarının olduğu 1000-dən çox çəllək aşkarlandı
Beynəlxalq tədqiqat qrupu Atlantik okeanının şimal-şərqində içərisində nüvə tullantıları olan 1000-dən çox çəllək aşkarlayıb.
Publika.az "Bild" qəzetinə istinadən xəbər verir ki, bu barədə Fransanın CNRS elmi-tədqiqat təşkilatı məlumat yayıb.
Məlumata görə, qrup iyunun ortalarında Brest şəhərindən “L’Atalante” gəmisi ilə yola düşərək Qərbi Avropa hövzəsinə çatıb. Ekspedisiya burada dörd həftə ərzində içərisində atom silahının tullantıları olan çəlləklərin ekosistemə təsirini araşdıracaq.
Xatırladaq ki, ötən əsrdə bir sıra dövlətlər nüvə tullantılarını okeana atıb. Proses 1993-cü ildə qadağan edilib. İndiyədək təkcə Atlantik okeanının şimal hissəsində 200 mindən artıq çəlləyin yerləşdirildiyi güman olunur.
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub



































.jpg)




