Ekologiya
İyul ayında havanın temperaturu NORMADAN YUXARI OLUB
2025-ci ilin iyul ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0.3-5.3 dərəcə), 4 gün isə normadan aşağı (0.2-2.4 dərəcə) olub.
Publika.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
İyul ayının orta aylıq temperaturu 28.0 dərəcə isti olub ki, bu da iqlim normasından 1.8 dərəcə yüksəkdir.
Onun sözlərinə görə iyul ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39.1 dərəcə isti, bölgələrdə isə 41 dərəcəyədək isti olub. Havanın minimal temperaturu isə iyulun 10-da Bakıda və Abşeron yarımadasında 18.7 dərəcə isti (Binə), yüksək dağlıq ərazilərdə isə iyulun 2-də 4.8 dərəcə isti (Şahdağ) qeydə alınıb.
"İyul ayının əsasən birinci ongünlüyündə əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Ümumi olaraq bölgələr üzrə 26 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı Dağlıq Şirvan zonasına (Şamaxı 25.6 mm), Bakı və Abşeron yarımadasına (Bakı 9.6 mm) düşüb."
N. Mahmudov qeyd edib ki, iyul ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 5 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 19 gün küləkli olub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, bölgələrdə isə 26 m/s-dək güclənib.
-
Nida Xəbər 17:08Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş başladı
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO





































