Ekologiya
İlham Əliyevdən Xəzərlə bağlı mühüm mesaj: Problemin əsl səbəbi bəlli oldu
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsi məsələsinə toxunub. Dövlət başçısı qeyd edib ki, Xəzər dənizinin sürətlə kiçilməsində əsas səbəb iqlim dəyişikliyi deyil.
"Hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə Toplantısında mən Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsi məsələsini qaldırmışdım. Bu gün vəziyyət daha pisdir. Xəzər dənizi sürətlə kiçilir. Əsas səbəb iqlim dəyişmələri deyil. Gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısını almaq üçün sahilyanı dövlətlərin birgə səylərinə ehtiyac var", - İlham Əliyev qeyd edib.
Bəs bu problemin arxasında dayanan amillər nələrdir?
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən ekoloq Rövşən Abbasov sözügedən problemə səbəb kimi bir neçə faktor sadaladı.
Onun sözlərinə görə, əsas amil kimi Xəzər dənizinə tökülən çayların, xüsusilə də Volqa çayının su həcminin kəskin azalması göstərilə bilər:
“Volqa çayının suyunun Rusiya ərazisində normadan artıq istifadə olunması, su ehtiyatlarının israfı və bölgədə çoxsaylı su anbarlarının tikilməsi bu problemin əsas mənbəyidir. Bu ambarlarda baş verən buxarlanma və su itkiləri nəticəsində Xəzərə axan ümumi su miqdarı əhəmiyyətli dərəcədə azalıb. Bu isə dənizdə su səviyyəsinin sürətlə aşağı düşməsinə səbəb olur. Eyni zamanda Ural çayının da suyu ildən-ilə kəskin azalır. Xəzəryanı Dövlətlərin Zirvə Toplantısında Xəzər dənizinin su balansı məsələsi xüsusi olaraq gündəmə gətirilməlidir”.

Ekspert vurğuladı ki, sözügedən problemin həlli üçün vahid monitorinq komissiyası yaradılmalı, su axınları üzərində nəzarət gücləndirilməlidir:
“Dənizə daxil olan su həcmi ilə bağlı hər bir ölkənin məsuliyyəti dəqiq müəyyənləşdirilməli və illik göstəricilər razılaşdırılmalıdır. Monitorinqlər ayrı-ayrı ölkələrin ərazisində aparılsa da, nəticələr bütün Xəzəryanı dövlətlərlə paylaşılmalı və şəffaf mexanizm əsasında idarə olunmalıdır.
Volqa, Ural və digər çay hövzələrində su götürmələrinin azaldılması və sudan daha effektiv istifadə texnologiyalarının tətbiqi vacibdir. Əlbəttə, hər bir dövlətin bu sahədə suveren hüquqları mövcuddur. Lakin eyni zamanda, Xəzər Konvensiyası və ya digər beynəlxalq razılaşmalar çərçivəsində bu dövlətlər öz maraqları ilə yanaşı, ümumi ehtiyac və məsuliyyətləri də nəzərə almalıdır. Bu yanaşma bölgədə su balansının qorunmasına və Xəzər dənizinin ekoloji sabitliyinin təmin olunmasına şərait yarada bilər”.
Roza Şəfiyeva
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı





















.jpg)







.jpg)










