Ekologiya
Bu tərəvəzlər torpaqdan təhlükəli toksinlər toplayır
Kobe Universitetinin tədqiqatçıları balqabaqkimilər ailəsinə aid olan bitkilərin — balqabaq, kabak, patisson, qovun və xiyar da daxil olmaqla, zərərli maddələri bitkinin yeyilə bilən hissələrində niyə toplandığını izah edən mexanizmi aşkar ediblər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "Plant Physiology and Biochemistry" (PPB) jurnalında dərc olunub.
Balqabaqkimilər torpaqdan çətin parçalanan zərərli maddələri (çirkləndiriciləri) mənimsəyərək onları meyvələrdə toplaya bilir. Bu maddələr insan sağlamlığı üçün təhlükə yarada bilər. Maraqlıdır ki, əksər digər kənd təsərrüfatı bitkiləri bu xüsusiyyətə malik deyil.
“Bu çirkləndiricilər orqanizmdə parçalanmadan qala və yığıla bilər. Biz məhz balqabaqkimilərin niyə belə davrandığını anlamağa çalışdıq”, - tədqiqatın müəllifi, Kobe Universitetinin aqrobioloqu professor Hideyuki Inui bildirib.
Əvvəlki araşdırmalarda Inuinin komandası çirkləndiriciləri bağlayan və bitki daxilində daşıyan xüsusi zülal sinfini müəyyən etmişdi. Bu zülalların forması və toksinlərlə bağlanma qabiliyyəti, zərərli maddələrin bitkinin hansı hissələrinə çatacağını müəyyən edir. Lakin sual açıq qalırdı: niyə eyni növ daxilində bəzi sortlar daha çox toksin toplayır?
Yeni eksperimentlər göstərib ki, çirkləndiriciləri daha çox toplayan sortların şirəsində bu zülallar daha çox olur, digərlərində isə onlar hüceyrə daxilində qalır. Bu fərqi amin turşusu ardıcıllığındakı kiçik bir dəyişiklik yaradır. Bu dəyişiklik zülalın bitki şirəsinə keçib-keçməyəcəyini müəyyən edən bir növ “etiket” rolunu oynayır.
Inui izah edib: “Yalnız şirəyə keçə bilən zülallar bitki daxilində hərəkət edib meyvələrə çata bilir. Bu da yüksək çirklənmə səviyyəsinə malik sortları davamlı sortlardan fərqləndirən əsas amildir.”
O qeyd edib ki, bu mexanizmin başa düşülməsi daha təhlükəsiz tərəvəzlərin yetişdirilməsi üçün yeni imkanlar açır.
“Əgər bu zülalların davranışını idarə edə bilsək — məsələn, onların toksinlərlə bağlanma qabiliyyətini dəyişsək və ya şirəyə keçməsinin qarşısını alsaq , o zaman meyvələrində zərərli maddə yığmayan bitkilər yetişdirmək mümkün olacaq”, - alim əlavə edib.
Bundan əlavə, bu kəşf fitoremediasiya — yəni torpağın bitkilər vasitəsilə təmizlənməsi sahəsində də böyük potensiala malikdir.
“Bu biliklərdən istifadə edərək torpaqdan çirkləndiriciləri effektiv şəkildə sovuran bitkilər yarada bilərik. Beləliklə, adi bitkiləri ekoloji təmizləmə üçün biotexnoloji sistemlərə çevirmək olar”, - Inui qeyd edib.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO



































.jpg)


