Ekologiya
Xəzərdə suitilərin kütləvi ölümü qeydə alınıb: Nə baş verir?
Qazaxıstanda Xəzər suitilərinin daha bir kütləvi tələfatı qeydə alınıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Manqistau vilayətinin Ekologiya Departamenti məlumat yayıb.
Departamentin əməkdaşları - eko-patrullar Asan kəndindən Bautino burnuna qədər olan sahil zolağında apardıqları reyd zamanı 112 suiti cəsədi aşkarlayıblar.
Hadisənin səbəbini müəyyənləşdirmək üçün sudan nümunələr götürülüb. İlkin məlumata görə, bu, yeni hal deyil, oxşar hadisələr əvvəlki illərdə də müşahidə olunub.
Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 2024-cü ildə Xəzər dənizində suitilərin ölümünə əsas ehtimal edilən səbəblər arasında quş qripi, neyrovirus və qaz emissiyalarının yaratdığı asfiksiya (boğulma) göstərilir. 2022-2023-cü illərdə baş verən kütləvi tələfat isə ətyeyən heyvanlarda yayılan vəba və sətəlcəm epidemiyaları ilə əlaqələndirilmişdi.
Adəm
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”






































