Ekologiya
Xəzər dənizi sahilində quşların kütləvi ölümü: Yeni epidemiya yayılır?
Xəzər dənizinin Şüvəlan sahili boyunca kütləvi quş ölümü qeydə alınıb. Sakinlərin verdiyi məlumata görə, sahilə səpələnmiş çox sayda ölü quş cəsədi ətrafdakılarda ciddi narahatlıq və maraq doğurub.
Publika.az xəbər verir ki, çəkiliş qrupu ərazidə olarkən hər addımbaşı batağan quşlarının cəsədlərinə rast gəlib.
Qeyd edək ki, batağanlar Antarktidadan başqa dünyanın bütün bölgələrində yaşayan quş növüdür. Onların 22 növündən üçünün nəsli kəsilmiş hesab olunur. Ölkəmizə əsasən qışlamaq üçün miqrasiya edən bu quşların cəsədlərinə son günlər paytaxtın digər sahil ərazilərində də rast gəlinib.
Ekoloqlar bildirirlər ki, kütləvi ölümün səbəbi təbii amillər, yoluxucu xəstəliklər və ya qida çatışmazlığı ilə bağlı ola bilər. Lakin dəqiq səbəb yalnız mütəxəssis rəyindən sonra bəlli olacaq.
(Xəzər TV)
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Rəsmi xronika11:44İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi
-
MDB10:06Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?






















.webp)












.jpg)

