Ekologiya
Araz çayında balıqlar kəskin azaldı - Səbəb
Son bir neçə ildə Araz çayında balıqların kəskin azalması müşahidə olunur. Xüsusilə iri ölçülü balıqlara rast gəlmək və ya onları tutmaq demək olar ki, mümkün deyil.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, həvəskar balıqçıların sözlərinə görə, indi normal ölçülü bir balıq tutmaq üçün günlərlə Araz çayının kənarında gözləmək lazım gəlir. Bəzi balıq növlərinin isə artıq Araz çayında mövcudluğu demək olar ki, əfsanəyə çevrilib.
Araz çayında balıqların kütləvi azalması bir neçə səbəblə əlaqələndirilir. Əsas səbəblərdən biri iqlim dəyişikliyi nəticəsində çaylarda suyun səviyyəsinin kəskin azalmasıdır.
Araz çayı balıqların kürüləməsi üçün ən əlverişli məkanlardan biri hesab olunur. Lakin son vaxtlar çayda suyun səviyyəsinin azalması balıqların bu əraziyə miqrasiyasına ciddi təsir göstərir.
Digər səbəblər sırasında insan amili də mühüm rol oynayır. Brakonyerlərin qanunsuz fəaliyyəti balıq ehtiyatlarının azalmasına gətirib çıxarır.
Balıqçılar bildirirlər ki, balıq ehtiyatlarının qorunması üçün mühafizə tədbirləri mütləq gücləndirilməlidir.
Görünən odur ki, ciddi tədbirlər görülməsə, yaxın bir neçə ildə Araz çayında balıq tutmaq daha da çətinləşəcək.
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Rəsmi xronika11:44İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi
-
MDB10:06Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?





















.webp)












.jpg)

