Ekologiya
2027-ci ildə temperatur rekord həddə yüksələcək - İlginc səbəb
İngiltərənin Meteorologiya İdarəsi (Met Office) Sakit okeanda formalaşmaqda olan El-Nino hadisəsinin son 150 ildə müşahidə olunan ən güclü hadisələrdən birinə çevrilə biləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, “Met Office”in məlumatına görə, güclü El-Nino qlobal temperaturun artmasına təsir göstərməkdə davam edir.
XIX əsrdən bəri ən güclü El-Nino hadisələrindən birinin 2027-ci ildə temperaturun rekord həddə yüksəlməsinə səbəb ola biləcəyi proqnozlaşdırılır.
“Met Office”in Uzunmüddətli Proqnozlar Bölməsinin rəhbəri Adam Scaife El-Ninonu “analoqu olmayan hadisə” adlandırıb. O bildirib ki, indiyədək hazırlanan proqnozlarda bu qədər güclü El-Nino siqnalı müşahidə edilməyib.
El-Nino Sakit okeanın mərkəzi və şərq hissələrində səth sularının temperaturunun normadan əhəmiyyətli dərəcədə yüksəlməsi ilə xarakterizə olunan iqlim hadisəsidir. Güclü El-Nino müxtəlif bölgələrdə quraqlıq, daşqın və ekstremal istilərə səbəb ola bilər. Bu səbəbdən onun qlobal iqtisadiyyata ciddi zərər vuracağı da ehtimal edilir.
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
























.jpg)











