Ekologiya
Xəzərdə yeni ada peyda oldu: Böyük göllə bağlı sirli görüntülər - VİDEO
Xəzər dənizində yeni ada yaranıb.
Publika.az xəbər verir ki, Qazaxıstan sahillərində peyda olan yeni adaya “Rıbaçı” adı verilib.
Turizm şirkətinin rəhbəri Erbolat Muxaşovun sözlərinə görə, ada Svyatoy adasının şərqində, sahildən təxminən 30 kilometr məsafədə yerləşir.
Onun sözlərinə görə, son 4-5 ildə Xəzərin şimal hissəsində, Kulalı, Morskoy, Svyatoy, Podqornı, Uşaral, Mayakşıqqan və Dolqiy adaları ətrafında yeni quru sahələri meydana çıxmağa başlayıb. Bu ərazilərdə Xəzər suitilərinə, həmçinin canavar, çöl donuzu, porsuq, müxtəlif balıq və quş növlərinə rast gəlinir.
Muxaşov yeni adanın olduqca mənzərəli təbiətə malik olduğunu və onun havadan görüntülərinin çəkildiyini bildirib.
Qeyd edək ki, Xəzər dənizinin səviyyəsi 1990-cı illərin ortalarından etibarən davamlı şəkildə azalır. Alimlər bu prosesin əsas səbəbləri kimi iqlim dəyişikliklərini, Volqanın dənizə axıtdığı suyun azalmasını və buxarlanmanın artmasını göstərirlər. Xəzərin dayazlaşması isə bütövlükdə regionun ekosisteminə ciddi təsir göstərir.
Müəllif: Adəm
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...



































.jpg)


