Ekologiya
Sabah ilin son Ay tutulması baş verəcək
Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək.
Bu barədə Publika.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, bu tutulma Qismən Ay tutulması olacaq. Yəni Yerin Kölgəsi Ayı tamamilə örtməyəcək. Belə ki, qismən Ay tutulması Ay Yerlə Ayın orbitinin kəsişmə nöqtəsinə tam düşmədiyi halda baş verir. Ayın orbit müstəvisi Yerin orbit müstəvisi ilə cəmi 5°-lik bucaq əmələ gətirir. Bu bucaq çox böyük olmadığı üçün Ay hər ay Yer ilə Günəş arasındakı xəttin üzərindən dəqiq keçmir. Buna görə də tutulmalar hər ay deyil, Ay, Yer və Günəşin uyğun konfiqurasiyada – bir düz xətt üzərində və ya kiçik fərq olduğu halda baş verir. Ay tutulması yalnız tam Ay fazasında mümkün olur.
Tutulma 28 avqust saat 05:23-də başlayacaq, saat 11:01-də bitəcək. Bu tutulma Avropa, Afrika, Şimali və Cənubi Amerika, Sakit, Atlantik və Hind Okeanında müşahidə olunacaq. Azərbaycan üçün 05:35-də artıq mülki alaqaranlıq vaxtıdır və Ay üfüqdən yuxarıda olsa da, tutulma başlayandan cəmi 12 dəqiqə sonra hava işıqlanacaq, bu müddət isə yarımkölgəli tutulma fazasına düşəcək. Yarımkölgəli Ay tutulması isə adi gözlə çətin seçilir, sadəcə Ayın işığının cüzi azalması kimi hiss olunur.
Qeyd edək ki, 2026-cı ildə daha əvvəl olan üç tutulma hadisəsi – iki Günəş və bir Ay tutulmasından heç biri Azərbaycan ərazisindən müşahidə olunmayıb. 2027-ci ildə isə ikisi Günəş, üçü isə Ay tutulması olmaqla, ümumilikdə beş tutulma hadisəsi olacaq ki, onlardan 21 fevralda baş verəcək Yarımkölgəli Ay tutulması və 2 avqustda baş verəcək Tam Günəş tutulması Azərbaycandan müşahidə olunacaq. Günəş tutulması zamanı Azərbaycan tam kölgə zolağına düşmədiyindən tutulma ölkə ərazisindən Qismən Günəş tutulması kimi müşahidə olunacaq.
-
Avropa17:05Yunanıstanda Türkiyə həyəcanı: Müharibə olsa, Avropa bizi müdafiə edəcəkmi?
-
Rəsmi xronika15:43Prezident "Sabah" futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM
-
Region13:50Ermənistanda kilsə-hakimiyyət qarşıdurması: Spiker II Qaregini istefaya çağırdı
-
Rəsmi xronika11:26İlham Əliyev Moldova prezidentini təbrik etdi
-
Cənubi Qafqaz09:21Köçəryan həbs edildi
-
Dünya09:00Dəhşətli daşqından sonra 28 ölkənin 466 vətəndaşı itkin düşdü
-
Avto07:55Bəzi özəl parkinqlərdə qiymətlər artdı: belə davam edərsə... - Video
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video





































.jpg)
.jpg)