Ekologiya
Günəşdə aktivlik artdı: Yer kürəsini yaxın saatlarda təhlükə gözləyirmi?
Yaxın sutka ərzində Yer kürəsində geomaqnit vəziyyətin sakit qalacağı gözlənilir. Günəşdə aktivliyin bir qədər artmasına baxmayaraq, güclü maqnit qasırğasına səbəb ola biləcək proseslər müşahidə edilmir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının mütəxəssisləri məlumat yayıb.
Alimlərin sözlərinə görə, geomaqnit vəziyyət sakit, Günəşdə alışma aktivliyi isə bir qədər yüksəkdir.
Günəşin qərb hissəsində artıq kiçik partlayışlar qeydə alınıb. Lakin həmin aktiv bölgələr tədricən ulduzun Yer kürəsindən görünməyən əks tərəfinə keçir və yaxın zamanda müşahidədən çıxacaq.
Mütəxəssislər bildiriblər ki, bu bölgələrdə aktivliyin daha da güclənməsi belə Yer kürəsində geomaqnit vəziyyətə ciddi təsir göstərməyəcək.
Alimlər yaxın 24 saat ərzində güclü maqnit pozuntularının yaxınlaşmasına dair heç bir əlamət qeydə almayıblar.
Müəllif: Adəm
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO


































