Ekologiya
BMT-ni "tər basdı" - Dünya üçün qorxunc PROQNOZ
BMT-nin Ətraf Mühit Proqramı qlobal istiləşmənin hətta ən nikbin ssenaridə belə ən azı 1,8 dərəcəyə çatacağını açıqlayıb.
Publika.az xəbər verir ki, hesabatda Paris Sazişində nəzərdə tutulan 1,5 dərəcəlik həddin yaxın illərdə qaçılmaz şəkildə aşılacağı bildirilir. BMT hər əlavə istiləşmə mərhələsinin ekstremal hava hadisələrini, buzlaqların əriməsini, ekosistemlərin məhvini, adaların və sahilyanı şəhərlərin su altında qalması təhlükəsini artıracağını vurğulayıb.
Alimlərin hesablamalarına görə, istiləşmənin sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 3 dərəcəyə çatması 2100-cü ilə qədər buzlaqların kütləsinin dörddəbirindən çoxunu itirməsinə və dəniz səviyyəsinin 13 santimetr yüksəlməsinə səbəb ola bilər. Effektiv tədbirlər görülməzsə, 2050-ci ilədək qlobal ərzaq istehsalının 14 faiz azalacağı da bildirilir.
Hesabat müəllifləri vəziyyəti dəyişmək üçün istixana qazı emissiyalarının dərhal və davamlı şəkildə azaldılmasını, eyni zamanda atmosferdən karbon qazının çıxarılmasını vacib hesab edirlər. Əsas hədəf isə qlobal istiləşmənin əvvəlcə 1,8 dərəcədən yuxarı qalxmasının qarşısını almaq, sonradan isə bu göstəricini yenidən 1,5 dərəcəyə endirməkdir.
Mütəxəssislərin fikrincə, bunun üçün 2035-ci ilə qədər qlobal emissiyalar təxminən iki dəfə azaldılmalıdır. Mövcud dövlət siyasəti isə dünyanın ən azı 2,3 dərəcə istiləşməsi riskini yaradır.
Müəllif: Adəm
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
























.jpg)











