Ekologiya
Bu dəniz də TƏHLÜKƏDƏ: Su həm qızır, həm də şorlaşır
Aralıq dənizi sürətlə istiləşir və şorlaşır. Xorvatiyanın Zaqrebdəki Ruđer Boşkoviç İnstitutunun okeanoloqları müəyyən ediblər ki, dəyişikliklər yalnız səth sularını deyil, dənizin bir neçə min metr dərinliyindəki qatları da əhatə edir.
Publika.az xəbər verir ki, araşdırmanın nəticələri "Geophysical Research Letters" jurnalında dərc olunub.
Tədqiqatçılar 1950-2025-ci illər ərzində elmi ekspedisiyalar və avtonom şamandıralar vasitəsilə toplanmış temperatur və duzluluq göstəricilərini bir araya gətiriblər. Məlum olub ki, 2000-ci ildən etibarən Aralıq dənizinin səth suları hər onillikdə təxminən 0,5 dərəcə istiləşir. Bu göstərici dünya okeanının orta istiləşmə tempindən 2-3 dəfə yüksəkdir. Hazırda dənizin ilk 100 metrliyində suyun temperaturu 1950-1999-cu illərin orta göstəricisindən təxminən 2 dərəcə yüksəkdir.
Alimlərin sözlərinə görə, ən sürətli dəyişikliklər Aralıq dənizinin mərkəzi və şərq hissələrində müşahidə olunur. Bu prosesdə Adriatik dənizi önə çıxır və istiləşmə hətta dib qatlarına qədər davam edir.
Bunun əsas mexanizmi suyun sıxlığı ilə bağlıdır. İsti su daha yüngül, duzlu su isə daha ağır olur. Qışda soyuq küləklər Adriatik dənizinin səthini soyudur və sıxlaşan su aşağı enərək Aralıq dənizinin mərkəzi və şərq hissələrinə oksigen daşıyır.
Lakin indi vəziyyət dəyişir. Əvvəllər dibə enən su daha soyuq olurdu, hazırda isə duzluluğun artması istiləşməni üstələyir və dibə getdikcə daha isti su çökür. 2000-ci ildən bəri Cənubi Adriatik dənizinin dərin suları regionun tipik hövzəsi ilə müqayisədə 6 dəfə daha sürətlə istiləşir.
Alimlər bu dəyişikliklərin dəniz ekosistemi üçün ciddi nəticələr yarada biləcəyini bildirirlər. İsti su daha az oksigen saxlaya bilir və artıq bəzi ərazilərdə oksigen səviyyəsinin azalması qeydə alınır.
Tədqiqatçıların fikrincə, dəniz canlılarının istilikdən qaçmaq imkanları da məhduddur. Aralıq dənizi şimaldan quru ilə əhatələnib və dərinliklərdəki sular da səthlə birlikdə istiləşir.
Aralıq dənizi, dünya okeanları kimi, insan fəaliyyəti nəticəsində atmosferə buraxılan karbon qazının dörddə birindən çoxunu və istixana qazlarının yaratdığı artıq istiliyin 90 faizindən çoxunu udub.
Alimlər növbəti mərhələdə dənizdə duzluluq dəyişikliklərini sürətləndirən amilləri araşdırmaq niyyətindədirlər. Onlar atmosfer hadisələrinin, buxarlanma və yağıntıların dəyişməsinin, həmçinin Atlantik okeanından Cəbəllütariq boğazı vasitəsilə daxil olan suların rolunu müəyyənləşdirməyə çalışacaqlar. Eyni zamanda iqlim modellərinin bu dəyişiklikləri nə dərəcədə dəqiq nəzərə aldığı yoxlanılacaq.
Müəllif: Adəm
-
Sosial19:12Fidan Mansurova yüksək vəzifəyə təyin edildi - FOTO
-
Rəsmi xronika18:48İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış etdi - YENİLƏNDİ
-
Ekologiya18:12Sabah leysan olacaq - XƏBƏRDARLIQ
-
Dünya16:4266 il əvvəl hesablayıblar: Dünyanın sonuna 1 ay qaldı?
-
Qoroskop14:46Bu 4 bürcün həyatında yeni dövr başlayır - Qarşıdakı 5 ayda hər şey dəyişəcək
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ





































