Ekologiya
Azərbaycanda hava dəyişir: temperatur daha da düşəcək - İlk qar yağacaq
Temperatur bundan sonra davamlı olaraq aşağı düşəcək, yoxsa yenidən yüksəlmə ehtimalı var?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev danışıb. Onun sözlərinə görə, müşahidələr göstərir ki, avqusta, hətta bu ayın əvvəlinə nisbətən temperatur tədricən aşağı düşür:
“Həm gündüz, həm gecə saatlarında temperatur artıq 20-25°C ətrafında dəyişir. Yaxın günlərdə və sonrakı dövrdə payıza xarakterik yağıntıların daha mütəmadi müşahidə olunacağı gözlənilir. Düzənlik ərazilərdə, o cümlədən Bakı, Abşeron və Kür-Araz ovalığında yağıntılar əsasən yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar və qar şəklində olacaq. Yüksək dağlıq ərazilər artıq ilk qarla qarşılaşacaq. Bununla yanaşı, günəşli günlər də olacaq. Lakin soyuyan yalnız hava deyil. Torpaq, daş, su hövzələri və çaylardakı sular, bir sözlə, ətraf mühit tədricən payız fəslinin xüsusiyyətlərinə uyğunlaşır”.
Arzu Mustafayev
Ekoloq bildirib ki, temperatur aşağı düşdükcə hiss edilən dərəcə də noyabr və dekabrın əvvəlinə qədər tədricən azalacaq:
“Müəyyən antisiklon günləri müşahidə oluna bilər. Lakin payız aylarında soyuq və küləkli hava şəraitində hiss edilən soyuqluq daha çox nəzərə çarpacaq. Ekoloji baxımdan payız yağıntılarının müsbət təsirləri də olacaq. Xüsusilə Bakı və Abşeron yarımadasında yağıntılar atmosferdəki asılı maddələrin miqdarını əhəmiyyətli dərəcədə azaldacaq. Havada olan toz və his zərrəcikləri yağış vasitəsilə yerə çökəcək, nəticədə havanın keyfiyyəti yaxşılaşacaq. Yaşıllıqlar, xüsusilə quraqlıq dövründə kifayət qədər su almayan bitkilər yenidən canlanacaq. Yağıntıdan sonra günəşli havanın müşahidə olunması ot örtüyündə yeni canlılıq və vegetasiya aktivliyi yaradacaq. Bu şərait göbələk mövsümünün də başlamasına səbəb olacaq.
Fövqəladə hallarla bağlı isə əsas risklərdən biri intensiv yağıntıların dağ çaylarında sel və daşqınlara səbəb olmasıdır. Xüsusilə leysan zamanı yağış kollektorlarının olmadığı və ya kollektorların üzərində qanunsuz tikililərin aparıldığı ərazilərdə lazımi tədbirlər görülməzsə, müəyyən çətinliklər yaranacaq. Bakıda leysan yağışları zamanı nəqliyyat infrastrukturu və şəhər təsərrüfatında müxtəlif problemlərin yaranması da mümkündür. Çünki Bakı şəhərinin yeraltı və yerüstü infrastrukturunun mövcud vəziyyəti hələ arzuolunan səviyyədə deyil”.
-
Ekologiya08:37Azərbaycanda hava dəyişir: temperatur daha da düşəcək - İlk qar yağacaq
-
Sosial06:16Yasamalda yeni yol və tunel inşa ediləcək - Evlər söküləcək
-
Kriminal03:44Canlı yayımda söyüş söyən şəxs saxlanıldı
-
MDB02:19Rusiyada dəhşətli yanğın: matəm elan olundu - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: hər şey sizin xeyrinizə dəyişəcək
-
İdman28 Sentyabr 22:18Bir dövr, iki fərqli sonluq: Messi zirvədə vidalaşır, Ronaldo isə…
-
Nida Xəbər 28 Sentyabr 22:0437 yaşlı yeni başçının dosyesi
-
Nida Xəbər 28 Sentyabr 18:37Gədəbəyə də icra başçısı təyin edildi







.jpg)





























.jpg)
.jpg)
