Ekologiya
Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
Quba və Qusar rayonlarının dağlıq ərazilərinə qarın yağması ötən gecə də davam edib. Ən çox qar Qubanın Xınalıq və Qırız kəndlərində müşahidə olunub.
Publika.az xəbər verir ki, Xınalıq kəndinin bəzi ərazilərində qar örtüyünün hündürlüyü 20 santimetrədək olub.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib ki, qarın yağması Qusarın Ləzə, Qubanın Xınalıq və Qırız kəndlərində daha çox müşahidə olunub.
Mərkəzin ərazilərdə yerləşən stansiyalardan Xınalıqda 5, Qırızda 10, Ləzədə isə 1 santimetr qar örtüyü qeydə alınıb.
Ötən gecə və səhər saatlarında ən aşağı temperatur Qubanın Qırız kəndində qeydə alınıb. Burada temperatur mənfi 5 dərəcəyə, Xınalıqda isə mənfi 4 dərəcəyə enib.
Bu gün səhər saatlarından etibarən hava nisbətən mülayimləşib və gün çıxıb.(Azərtac)





-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO



















.jpg)




.jpg)











