Ekologiya
Bu ərazilərə qar yağdı - Faktiki hava
Oktyabrın 4-ü saat 12:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Yağıntılar ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv və güclü olub. Dağlıq ərazilərə - Qrız, Xınalıq, Şahdağ, Qusar və Şahbuz rayonunun yüksəkliklərinə isə qar yağıb.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qar örtüyünün hündürlüyü Qrızda 10, Xınalıqda 5, Şahdağda 2, Qusarda 1 sm-dir.
Qeydə alınan yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında:
Maştağada 37 (aylıq normanın 93%-i), Binədə 21 (aylıq normanın 75%-i), Bakıda 16 (aylıq normanın 57%-i), Sumqayıtda 5 mm-dir.
Respublikanın rayonlarında ən çox düşən yağıntının miqdarı:
Kişçayda (Şəki) 55 (aylıq normanın 64%-i), Qəbələdə 51 (aylıq normanın 40%-i), Sarıbaşda (Qax) 45 (aylıq normanın 36%-i), Oğuzda 45 (aylıq normanın 45%-i), Göyçayda 41 (aylıq normanın 76%-i), Astarada 30, Kürdəmirdə 26 (aylıq normanın 56%-i), İsmayıllıda 24 (aylıq normanın 32%-i), Şamaxıda 23 (aylıq normanın 30%-i), Xızıda 22 (aylıq normanın 39%-i), Yardımlıda 20, Lənkəranda 18, Gədəbəydə 17 (aylıq normanın 30%-i), Qobustanda 17 (aylıq normanın 36%-i), Lerikdə 16, Xaltanda 15 (aylıq normanın 31%-i), Sabirabadda 15 (aylıq normanın 36%-i), Göygöl, Qusarda 15, Neftçalada 14 (aylıq normanın 31%-i), Daşkəsəndə 14, Zərdabda 13 (aylıq normanın 34%-i), Mingəçevirdə 12 (aylıq normanın 30%-i), Naftalan, İmişlidə 11, Tərtər, Beyləqanda 10, digər rayonlarda isə 1-9 mm qeydə alınıb.
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli






































