Elm və təhsil
Qüdrət Həsənquliyev: “Xaricdə təhsillə bağlı yeni qanun qəbul edilməlidir”
“Xaricdə təhsillə bağlı Azərbaycanda yeni və uzunmüddətli qanun layihəsi hazırlanaraq qəbul edilməlidir”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.
Deputat deyib ki, yeni qanun qəbul edildikdən sonra yaxın 10 il ərzində xaricə tələbə göndərilməlidir: “Biz 2016-cı ildə təhsil almaq üçün xaricə tələbə göndərə bilmədik. Amma Azərbaycana yüksək ixtisaslı kadrlar lazımdır. Əvvəlki illərdən fərqli olaraq bu yeni qanunla hərbi, müdafiə, xüsusi hümanitar, hüquq və digər sahələrə aid ixtisaslar üzrə xaricdə azərbaycanlıların təhsilini təmin etməliyik. Azərbaycanda çox yüksək ixtisaslı hümanitar və xüsusuilə dünya dillərini bilən hüquqşünaslara ehtiyac var. Hesab edirəm ki, parlamentin Elm və təhsil komitəsi tez bir zamanda bu barədə yeni bir qanun layihəsi hazırlamadlıdır və payız sessiyasında qəbul edilməlidir. 2017-ci ildən xaricdə azərbaycanlı tələbələrin təhsilini bərpa etməliyik”.
Vasif Həsənli
-
İnanc21:36Ramazanın 19-cu gününün duası - İftar və imsak vaxtları
-
Magazin121:00Xuramanın makiyajsız halı gündəm oldu - Video
-
Sağlamlıq20:24Qəhvə qan təzyiqinə görün necə təsir edir
-
İnanc19:36Bu gün ilk Qədr gecəsidir
-
Nida Xəbər 17:55Çin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi
-
Nida Xəbər 17:45Əlcəzair İranın Naxçıvana PUA hücumundan narahatdır - Attaf
-
İqtisadi gündəm17:26İran münaqişəsi ərzaq qiymətlərini bahalaşdıracaq
-
ABŞ16:40ABŞ İranda hərbi əməliyyatlara neçə milyard dollar xərcləyib?










.jpg)



























