Elm və təhsil
Türkiyənin Azərbaycandakı yeni səfiri BDU-da
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Erkan Özoralı qəbul edib.
BDU-nun Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, qonağı salamlayan rektor, ona yeni fəaliyyətində uğurlar arzulayıb. Səfirə universitet haqqında məlumat verən akademik Abel Məhərrəmov BDU-nun beynəlxalq əlaqələrindən, Türkiyə universitetləri ilə əməkdaşlığından danışıb. Bakı Dövlət Universitetində 500-dən artıq türkiyəli tələbənin təhsil aldığını deyən rektor əlaqələrin daha da inkişafında maraqlı olduğunu, səfir Erkan Özoralın bu əməkdaşlığın genişlənməsinə öz töhfələrini verəcəyinə əminliyini ifadə edib.
Səfir Erkan Özoral, öz növbəsində, universiteti ziyarətindən məmnunluğunu bildirib. BDU ilə Türkiyə universitetlərinin əlaqələrini yüksək qiymətləndirən səfir, yeni proqram və layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüb. Türkiyə ali təhsil ocaqlarında 1300 azərbaycanlı tələbənin təhsil aldığını deyən səfir Erkan Özoral onların gələcəkdə ölkələrarası əlaqələrdə körpü olacaqlarını vurğulayıb.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə başa çatıb.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu