Elm və təhsil
BDU əməkdaşları Misir Mədəniyyət Mərkəzində
Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin rəhbərliyi ilə kafedranın əməkdaşları, magistrant və doktorantları Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olublar.
Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, mərkəzin müdiri Əhməd Sami Elaydi fakültə rəhbərliyi və kafedra əməkdaşları ilə yenidən görüşməkdən məmnunluğunu ifadə edib. Görüşü Beynəlxalq jurnalistika kafedrası ilə əməkdaşlıq əlaqələrinin davamı olaraq dəyərləndirən diplomat bildirib ki, jurnalistika fakültəsinin müəllim və tələbələri üçün ərəb dili kurslarının başlanmasıyla bağlı təşkilati işlər yekunlaşıb, yaxın günlərdə kurslara start veriləcək. Eyni zamanda Misirin məşhur “Əl-Əxbar” qəzetinin “Ədəbiyyat xəbərləri” jurnalının baş redaktoru və Yaxın Şərq Xəbər Agentliyinin (MENA) direktor müavininin Jurnalistika fakültəsində mühazirəsi təşkil ediləcək. Bundan əlavə, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi bu ölkənin mətbuatı ilə bağlı tədqiqat aparan Beynəlxalq jurnalistika kafedrasının müəllimləri, magistrantları və doktorantlarının bütün mümkün vəsaitlərlə təmin edilməsi, o cümlədən təcrübə mübadiləsi istiqamətində dəstək vermək niyyətindədir.
Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, öz növbəsində, Mərkəzin müdiri Əhməd Sami Elaydiyə qısa müddətə ərzində görülən işlərə görə təşəkkür edib və əməkdaşlıq əlaqələrinin bu istiqamətdə davam edəcəyinə əminliyini ifadə deyib.
Görüş Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kitabxanası, auditoriyaları, konfrans zalı və sərgi otaqları ilə tanışlıqdan sonra başa çatıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR