Səfir türkiyəli tələbələrlə görüşdü
Bizi izləyin

Elm və təhsil

Səfir türkiyəli tələbələrlə görüşdü

Erkan Özoral Bakı Dövlət Universitetində olub. 

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Bakı Dövlət Universitetində olub.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, görüşdə rektor Abel Məhərrəmov Türkiyə universitetləri ilə əlaqələrdən, “ikili doplom” məsələsindən və bu günlərdə qardaş ölkənin 3 ali təhsil ocağı ilə imzalanan müqavilələrdən bəhs edib.

Səfir Erkan Özoral, öz növbəsində, universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin vacibliyini vurğulayıb.

Daha sonra səfir Erkan Özoral BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb.

Tələbələrin arzu və istəklərini dinləyən səfir, eyni zamanda problemləri ilə maraqlanıb, təhsil aldıqları müddətdə vaxtı düzgün dəyərləndirməyi, peşəkar mütəxəssis kimi özlərini inkişaf etdirməyi tövsiyə edib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm