“ADA” Universitetində yarımfinal - - FOTOLAR
Bizi izləyin

Elm və təhsil

“ADA” Universitetində yarımfinal - - FOTOLAR

Yarımfinal çərçivəsində 15 ölkənin 9 universitetindən 20-dən çox iştirakçı aktual ideyalarla çıxış etdilər.

“ADA” Universitetində Bakı Beynəlxalq Tələbə Klubunun təşkil etdiyi “Əcnəbi Tələbə Gənclərin Fikir Platforması” layihəsinin yarımfinalı keçirilib. Azərbaycanda keçirilən bu layihə TED formatında olan ilk layihədir.

Layihədə burada çıxış edənləri narahat edən hansısa bir mövzu və ya ideyanın təqdimatını nəzərdə tutur.

Layihənin müəllifi və BBTK-nın sədri Aysəba Mirzəyeva tədbirdə giriş nitqi ilə çıxış edərək, gənclərin onları narahat edən mövzu barəsində fikirlərini bildirməyin vacibliyini vurğuladı.

Yarımfinal çərçivəsində 15 ölkənin 9 universitetindən 20-dən çox iştirakçı aktual ideyalarla çıxış etdilər.

Hər bir iştirakçıya 5 dəqiqədən çox olmayaraq vaxt verildi. 2 dəqiqə ərzində isə onların video-təqdimatı nümayiş etdirmək imkanı vardı.

Çıxışlar münsiflər heyəti tərəfindən 5 ballıq sistemlə qiymətləndirildi. Münsiflər heyətinin tərkibinə Bakı Şəhər Halqasının marketinq və ictimaiyyətlə əlaqələr üzrə direktoru Nigar Arpadarai, Azərbaycanın Təhsil nazirinin müavini Həsən Həsənli, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun rəhbəri Faiq Hümbətov, Azərbaycan gənclər təşkilatının Milli şurasının sədri Seymur Hüseynov, televiziya təmsilçisi Mirsəməd Cəfərli daxil idi.

Münsiflər heyətinin üzvləri mövzunu daha da açmaq və iştirakçıları qiymətləndirmək üçün onlara suallar verdilər.

Seçilmiş iştirakçılar layihənin 25 apreldə keçiriləcək final mərəhələsinə buraxıldılar.

Qeyd edək ki, “Əcnəbi Tələbə Gənclərin Fikir Platforması” adlı layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və ADA Universitetinin Magistr Tələbə Hökümətinin texniki dəstəyi ilə keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm