Nazir: “Azərbaycanda müəllimlərin 95 faizinin diaqnostikası həyata keçirilib”
Bizi izləyin

Elm və təhsil

Nazir: “Azərbaycanda müəllimlərin 95 faizinin diaqnostikası həyata keçirilib”

"Orta məktəb şagirdləri daha yaxşı akademik fəaliyyət həyata keçiriblər”.

“Son 4 il ərzində Azərbaycanda orta məktəb şagirdləri daha yaxşı akademik fəaliyyət həyata keçiriblər”.

Publika.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov AŞPA-nın bu gün Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında çıxışı zamanı bildirib.

M.Cabbarov deyib ki, bu sahədə 17 faiz artım müşahidə edilib:

“Universitetlərə qəbul qiymətləndirlməsində nəticələrin daha yüksək olması qeydə alınıb. Məktəbəqədər təhsil sisteminə çıxış asanlaşdırlıb. Bu çox vacibdir və xalqın uzunmüddətli inkişafına təsir edir. Bu Azərbaycan üçün narahatlıq doğuran bir sahə idi. Bizim qənaətbəxş məktəbəqədər təhsil sistemimiz yox idi. Məsələni çətinləşdirən səbəblərdən biri də bu müəssisələrin qaçqın və məcburi köçkünlər tərəfindən tutulması idi. Məktəbəqədər təhsil müəssisələrinə uşaqları gətirmə faizi 18 faiz idi. Biz daha sonra kapital genişlənməsi həyata keçirdik. Üç il ərzində 18 faiz 55 faizə qalxıb”.

Nazir qeyd edib ki, təhsil sahəsində müxtəlif xidmətlər onlayn formada təmin olunub:

“Xarici diplomatların tanınması, elektron qaydada məktəbə yazılmaq və s. bu xidmətlərə aiddir. Hazırda Azərbaycanda 140 min müəllimin, o cümlədən bütün müəllimlərin 95 faizinin diaqnostikası həyata keçirilib. Bunun məqsədi təhsilin keyfiyyətini artırmaqdır. Nəticədə isə diaqnostikadan keçən müəllimlərin maaşı 2 dəfə artıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm