"Bu cür təhsil almaq istəyənlərlə bağlı tələblər daha sərtdir" - DİM sədri
Bizi izləyin

Elm və təhsil

"Bu cür təhsil almaq istəyənlərlə bağlı tələblər daha sərtdir" - DİM sədri

Bu il ali məktəblərə tələbə qəbulu üzrə 42806 vakant yer ayrılıb. Bu müsabiqədə iştirak etmək hüququ qazananlar üçün kifayət qədərdir. Hətta müəyyən qədər boş yer də qala bilər.

Publika.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, ötən illə müqayisədə ümumi vakant yerlərin sayı 2 faiz artıb.

“Artım birinci qrupda 1, ikinci qrupda 5, üçüncü qrupda eyni səviyyədə qalıb, dördüncü qrupda 3.5 faiz azalıb, beşinci qrupda 8 faizə yaxın olub. Bizim abituriyentlər üçün dövlət sifarişli yerlər daha önəmlidir. Çünki ötən il də özəl və regional ali məktəblərədə kifayət qədər yer boş qalmışdı. Əsas müsabiqə dövlət sifarişli yerlərdə yaranır. Bu cür təhsil almaq istəyənlərin ballarına olan tələbələr daha sərtdir. Hər bir ixtisas üzrə şərtlər müxtəlifdir. Yalnız 12 min yer dövlət hesabına deyil. Abituriyent ödənişli ixtisasa qəbul olsa da, qaçqın və məcburi köçkünlərin ödənişli ixtisasa qəbul olanların xərcləri dövlət tərəfindən ödənilir. Bu imtiyazdan yararlananlar var”, - deyə M.Abbaszadə bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm