Çin alimləri Qafqazşünaslıq İnstitutunda - FOTO
Bizi izləyin

Elm və təhsil

Çin alimləri Qafqazşünaslıq İnstitutunda - FOTO

Çin Xalq Respublikasının Şanxay Siyasi-Hüquqi Elmlər Universitetinin direktor müavini, universitetin Təhlükəsizlik Problemləri İnstitutunun direktoru, professor Vanq Vey, professor Yanq Hua və tədqiqatçı Din Yunbaodan ibarət nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunda olublar.

Publika.az-a institutdan verilən məlumata görə, görüşdə başlıca məqsəd elmi-tədqiqat institutları arasında əməkdaşlıq qurmaq, birgə tədqiqatlar aparmaq və mübadilə proqramları həyata keçirmək üçün fikir mübadiləsi etmək olub.

Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı ilə keçirilən görüşdə nümayəndə heyətinin rəhbəri, professor Vanq Vey Azərbaycan haqqında təəssüratlarını belə ifadə edib: “Azərbaycana ilk dəfədir səfər edirik. Bakının gözəlliyinə heyran qalmışıq. Azərbaycan kiçik ölkə olsa da, özünün geosiyasi mövqeyi, dəyərləri, Asiya və Avropa qitələri arasında etibarlı körpü olması, müxtəlif mədəniyyətləri birləşdirən uğurlu siyasət yürütməsi ilə dünya və Çin üçün çox əhəmiyyətli bir ölkədir.”

M.Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin elm siyasəti, Qafqazşünaslıq İnstitutunun fəaliyyəti haqqında məlumat verib, iki elmi-tədqiqat qurumu arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılması üçün hazır olduqlarını bildirib.

Görüşün sonunda qonaqlara institutun nəşri olan “Soyqırım həqiqətləri” və başqa kitablar hədiyyə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm