Dərs ili başlayandan sonra 460 şagird birinci sinfə qəbul olub
Bizi izləyin

Elm və təhsil

Dərs ili başlayandan sonra 460 şagird birinci sinfə qəbul olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 46798 şagird I sinifdə təhsil alır.

İdarədən Publika.az-a verilən məlumata görə, həmin şagirdlərdən 46338 nəfəri 2017-2018-ci tədris ili üçün martın 15-dən sentyabrın 16-dək aparılan I sinfə şagird qəbulu çərçivəsində məktəbə qəbul edilib. 460 şagird isə tədris ili başladıqdan sonra, sentyabrın 16-dan oktyabrın 15-dək I sinfə qəbul olunub.

Qeyd edək ki, hər il olduğu kimi, 2017-2018-ci tədris ilində də I sinfə şagird qəbulunun vaxtı uzadılıb. Belə ki, dərslərin başlanmasına baxmayaraq, I sinfə şagird qəbulu üzrə uşaqların elektron qeydiyyatı valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərməklə BŞTİ-yə yazılı müraciəti əsasında həyata keçirilib. Valideynlər uşaqları elektron qeydiyyatdan keçirdikdən sonra müvafiq sənədləri məktəbə təqdim ediblər.

Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində təhsil alan şagirdlərdən 37789-u Azərbaycan, 9009-u rus bölməsindədir. Onlardan 41210 nəfəri 6 yaşı tamam olan, 5588 nəfəri 6 yaşı tamam olmayanlardır.

Qeyd edək ki, 2017-2018-ci dərs ili üzrə uşaqların I sinfə qəbulu prosesi tam olaraq elektronlaşdırılıb. Valideynlər məktəbi, müəllimi, təlim dilini müstəqil şəkildə özləri seçiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm