DİM statistik məlumatları AÇIQLADI
Bizi izləyin

Elm və təhsil

DİM statistik məlumatları AÇIQLADI

Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna işə qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və müxtəlif ali təhsil müəssisələrini bitirmiş şəxslərin nəticələri haqqında statistik məlumatları təqdim edib.

DİM-dən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 3040 namizəddən 2703 nəfər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 965 nəfər imtahandan uğurla keçib.

Cədvəldə bu şəxslərin TQDK-nın keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları və ona uyğun olaraq dövlət qulluğuna qəbul imtahanından keçənlərin sayı, faiz göstəriciləri verilib. Cədvəldən görünür ki, imtahandan uğurla keçənlərin faizi bal intervallarına mütənasib olaraq artır.

Bal intervalı

Qeydiyyatdan keçib

Test imtahanından uğurla keçib

Faizlə (%)

1-100

15

0

0.0

101-200

104

7

6.7

201-300

531

82

15.4

301-400

743

215

28.9

401-500

676

292

43.2

501-600

468

256

54.7

601-700

166

113

68.1

Yekun:

2703

965

35.7

Qeyd edilib ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olub. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 3040 namizəddən 337 nəfər ali təhsil müəssisələrinə TQDK-nın əmri ilə qəbul olmayıb. Onlardan yalnız 25 nəfər imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 12 nəfər xarici təhsil müəssisələrini bitirib, 2 nəfər 1992-ci ilədək ali təhsil müəssisələrinə qəbul olub, 9 nəfər xarici təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülüb, 2 nəfərin isə ali təhsil müəssisələrinə qəbul olmaq haqqında məlumatları hazırda araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm