“Böyük Qayıdış” kuboku Cocuq Mərcanlıda
Bizi izləyin

Elm və təhsil

“Böyük Qayıdış” kuboku Cocuq Mərcanlıda

Martın 4-də Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı qəsəbəsində yerləşən şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” kuboku layihəsinin final mərhələsi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən layihə rəhbəri Elşad Haqverdiyev iştirakçılara Gənclər Fondu, həyata keçirilən layihə və müvafiq dövlət siyasəti haqqında geniş məlumat verib.

Füzuli Rayon Təhsil Şöbəsinin müdir müavini Rafiq Səmədov, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev və başqaları belə tədbirlərin gənclərə verdiyi töhfələrdən, intellektual oyunların əhəmiyyətindən danışıblar.

Final turnirində 4 rayonun – Beyləqan, Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının ümumilikdə 8 komandası “Xəmsə” intellektual oyunu üzrə biliklərini nümayiş etdirib.

Yarışın yekununda Beyləqan rayonunun “Mil” və Füzuli rayonunun “Bozqurd” komandaları müvafiq olaraq 1-ci və 2-ci yerləri tutublar. Beyləqanın digər komandası “Leon” isə 3-cü pilləyə sahib olub.

Qaliblərə kubok, medallar və diplomlar təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm