“Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda elmi konfrans - FOTO
Bizi izləyin

Elm və təhsil

“Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda elmi konfrans - FOTO

“Cümhuriyyət İli” çərçivəsində AMEA-nın Tarix İnstitutu və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda elmi konfrans keçirilib.

Publika.az xəbər verir ki, elmi konfransı giriş sözü ilə açan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildirib.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçirilən tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir: “Xalq Cümhuriyyəti XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yaranıb. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin edib. Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Cümhuriyyətin bayrağını, gerbini və himnini qəbul edib”.

Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbənin fəaliyyət göstərdiyi deyən Y.Mahmudov dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirildiyini vurğulayıb.

Qeyd edək ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm