O tələbələrə əmək haqqı veriləcək - DEPUTAT
Bizi izləyin

Elm və təhsil

O tələbələrə əmək haqqı veriləcək - DEPUTAT

“İstehsalat təcrübəsində olan bəzi tələbələrə əmək haqqı veriləcək”.

Publika.az-ın məlumatına görə, bu sözləri Milli Məclisdə Peşə təhsili haqqında qanunun ikinci oxunuşu zamanı çıxış edən Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli deyib.

Komitə sədri bildirib ki, birinci oxunuşda deputatlar, nazirliklərin nümayəndələri tərəfindən irəli sürülən təkliflərin bir çoxu nəzərə alınıb:

“İstehsalat təcrübəsi zamanı tələbələrə əmək haqqı verilməsi millət vəkilləri tərəfindən qaldırılmışdı. Biz də bu məsələ ətrafında müzakirə apardıq. Qanunda edilən düzəlişə görə, o halda istehsalat təcrübəsində olanlara əmək haqqı veriləcək ki, peşə təhsili təhsil alanla müəssisə arasında müqavilə imzalansın. Belə şəxslər ümumi müdavimlərin 1/3-dən azını təşkil edir. İşəgötürənlər də buna maraqlıdır, çünki onlar sonra həmin şəxsləri işə qəbul edir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm