Elm və təhsil
Dilimizdəki LƏQƏBLƏRİN izahlı lüğəti çap olundu
AMEA Nəsimi adına Dilçilik İnstitutu Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi professor Qara Məşədiyevin “Azərbaycan dilində ayamaların izahlı lüğəti” adlı kitabı çap olunub.
Publika.az xəbər verir ki, kitabda müasir ədəbi dilimizdə işlənməyən, dialekt və şivələrdə isə tamamilə başqa məna ifadə edən sözlər öz əksini tapıb.
Bu cür lüğətlər Azərbaycan dilinin dərin qatlarından xəbər tutmağa imkan yaradır. Belə əsərlər xalqın etnik mənsubiyyətini araşdırmaq, onun dilinin təşəkkülündə iştirak edən türk tayfalarının rolunu öyrənmək baxımından faydalıdır. Kitabda hər bir ayama - ləqəb haqqında qısa məlumat verilib.
Məqsəd hər bir fərdlərə verilən ayamaların (ləqəblərin) semantikasını açmaq, onların struktur tiplərini göstərməklə geniş izahlı lüğətini tərtib etməkdir.
Lüğətdən dilçilər, etnoqraflar, dil-ədəbiyyat müəllimləri, ali məktəblərin filologiya fakültəsinin bakalavr və magistrləri faydalana bilərlər.
Kitabın redaktorları professorlar N.Məmmədli, İ.Kazımov, rəyçilər dosentlər İ.Salahova və T.İsmayılovadır. (Trend)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR