AMEA-da oxumaq istəyənlərə XƏBƏRDARLIQ
Bizi izləyin

Elm və təhsil

AMEA-da oxumaq istəyənlərə XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzi Azərbaycan Milli Elmlər Akademiyasının magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlara xəbərdarlıq edib.

DİM-dən Publika.az-a verilən məlumatda bildirilib ki, AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və bu ildə müvafiq proqramlar üzrə magistraturaya qəbul imtahanında iştirak edərək dövlət sifarişi üzrə ixtisaslaşma seçiminə buraxılmaq üçün minimal tələbləri ödəyən bakalavrlar bu gündən başlayaraq qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat iyunun 10-dək Dövlət İmtahan Mərkəzinin saytında aparılacaq. İyunun 12-dən 14-dək AMEA-da müsahibədən keçməlidirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır, təhsilalma forması əyanidir. Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm