Ən yüksək müsabiqə vəziyyəti hansı dövlət qurumundadır?
Bizi izləyin

Elm və təhsil

Ən yüksək müsabiqə vəziyyəti hansı dövlət qurumundadır?

Dövlət İmtahan Mərkəzi tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün mayın 2-3-də elan edilmiş müsabiqə üzrə müsahibələrdə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

DİM-dən Publika.az-a verilən məlumata görə, müsahibələr Maliyyə Nazirliyi,Səhiyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Tariff(qiymət) Şurası Katibliyi və məhkəmə orqanlarında olan vakant vəzifələr üzrə keçiriləcək. Müsahibələrin iyunun 25-dən başlanılması və iyulun 6-dək davam etməsi nəzərdə tutulur.

Müsabiqəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Bələdiyyə torpaqlarının hərraclarının təşkili şöbəsində aparıcı məsləhətçi (1 vakant yer üzrə 52), Hərracların Təşkili üzrə Auksion Mərkəzi, 1 saylı zona bölməsində aparıcı məsləhətçi (1 vakant yer üzrə 31), Daxili nəzarət şöbəsində məsləhətçi (1 vakant yer üzrə 22) vəzifələri üzrə müşahidə edilir.

Ən yüksək müsabiqə vəziyyəti Əmlak Məsələləri Dövlət Komitəsinin (20 vakant vəzifə üzrə 268 müraciət) və Nəsimi Rayon Məhkəməsi (4 vakant yer üzrə 16 müraciət) üzrə müşahidə edilib.

Namizədlərlə müsahibələrin Dövlət İmtahan Mərkəzinin Bakı şəhərində yerləşən inzibati binalarında keçirilməsi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm