Vikipediyada AXC ilə bağlı nə baş verir? - VİDEO
Bizi izləyin

Elm və təhsil

Vikipediyada AXC ilə bağlı nə baş verir? - VİDEO

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Vikipediyada mövzulu ay layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələrini əks etdirən tədbir keçirib.

Publika.az xəbər verir ki, Tədbirdə Mərkəzi Elmi Kitabxananın ölkəmizin informasiya təhlükəsizliyinə və Azərbaycan həqiqətlərinin təbliğinə töhfəsi olaraq MEK Sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılmış Vikipediya Metodik Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Vikipediyada gördüyü işlərin yekun nəticəsi təqdim olunub.

Tədbirdə çıxış edən AMEA vitse-prezidenti, millət vəkili akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxananın Vikipediya istiqamətində metodik mərkəz rolundan, onun AMEA institutlarını, digər elm müəssisələrini, ayrı-ayrı könüllüləri koordinasiya edən sistemli fəaliyyətindən danışıb. “Cümhuriyyət reallıqlarının öyrənilməsi, təbliğ edilməsi dövlətçiliyimizin qədrinin bilinməsidir ki, onun da mərkəzindən Azərbaycançılıq, millilik, vətənpərvərlik keçir” - deyən akademik MEK Vikipediya Metodik Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.

MEK direktoru Leyla İmanova MEK-in ölkəmizin informasiya təhlükəsizliyi və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində ardıcıl fəaliyyətindən, MEK Sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılmış Vikipediya Metodik Mərkəzinin “AXC-100” mövzusuna verdiyi töhfədən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş digər işlərdən danışıb.

Sonra AXC-nin banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyət və istiqlalımız haqqında fikirlərini öz nitqində təqdim edən video-çarx göstərilib. MEK-in Sərbəst elektron resurslarla iş şöbəsinin müdiri Elnur Eltürk qeyd edib ki, mövzu ilə bağlı MEK Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən 500-dən çox məqalə yaradılıb və əsaslı redaktə olunub. MEK Təlimlər bölməsinin rəhbəri Günay Məmmədova “2018-ci il Cümhuriyyət ili” çərçivəsində MEK Sərbəst elektron resuslarla iş şöbəsinin fəaliyyətini təqdim edib. G.Məmmədova bildirib ki, mövzu çərçivəsində ümumi 546 məqalə yaradılıb, onun 457-si Azərbaycanca Vikipediyada, 89-u isə Xaricidilli Vikipediyada işlənilib. Azərbaycan Xalq Cümhuriyyəti ordusuna, generallarına, nazirlərinə, təşkilatlarına və digər sahələrə həsr olunan bu məqalələr “Şəms” Tərcümə Xidmətləri Mərkəzi ilə əməkdaşlıq çərçivəsində xarici dillərə tərcümə olunaraq Xaricidilli Vikipediyada da yerləşdirilib.

Tədbirdə Vikipediyada “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələri ilə bağlı müsabiqənin qalibləri elan olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm