Elm və təhsil
“İstək” liseyinin şagirdləri köçürülür
Təsisçisinin 5 iyul 2018-ci il tarixli qərarı ilə fəaliyyəti dayandırılan “İstək” liseyinin şagirdlərinin ölkənin digər ümumi təhsil müəssisələrində yerləşdirilməsi prosesinə Təhsil Nazirliyində yaradılmış İşçi qrup tərəfindən start verilib.
Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, 9 iyul tarixindən etibarən şagirdlərin valideynlərinin Bakı şəhərində Akademik Zərifə Əliyeva adına lisey, bölgələrdə isə liseyin yerləşdiyi şəhər və rayonların (Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Quba, Ağdaş və Şəki) təhsil şöbələrinə yaxınlaşaraq övladlarının sənədlərini təhvil alması və övladlarını seçimlərinə əsasən digər məktəblərdə yerləşdirmələri üçün şərait yaradılıb. Artıq “İstək” liseyinin 300-ə yaxın şagirdinin yerləşdirilməsi ilə bağlı prosedurlar həyata keçirilib.
Digər valideynlər əmin ola bilər ki, Təhsil Nazirliyi bütün şagirdlərin digər məktəblərdə təhsil alması üçün lazımi şəraiti yaradacaq. Valideynlər övladlarının digər məktəblərdə yerləşdirilməsi ilə bağlı çətinlikləri olduğu təqdirdə birbaşa olaraq Təhsil Nazirliyi ilə (0125991155, daxili nömrə 5263) əlaqə saxlaya bilərlər.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO