Elm və təhsil
Nazirlər Kabinetinə rezidentura müraciəti
Səhiyyə Nazirliyi tərəfindən rezidenturaya qəbul üzrə plan yerlərinin artırılması ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilib.
Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, barədə DİM-ə məlumat verilib.
Məlum olduğu kimi, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 16-da başa çatıb. İxtisas seçimi başa çatandan sonra isə Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqənin nəticələri elan olunmalıdır. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən rezidenturaya qəbul üzrə plan yerlərinin artırılması ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilməsi barədə DİM-ə məlumat verilmişdir. Rezidenturaya qəbul üzrə əlavə plan yerləri Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən və DİM-ə göndərildikdən sonra həmin yerlər haqqında məlumat veriləcək. Bundan sonra “Namizədin elektron ixtisas seçimi” ərizəsinin yenidən aktiv edilmə tarixləri elan ediləcək.
Bildiyiniz kimi, namizədlər ixtisas seçimi edərkən mövcud plan yerlərini nəzərə alıb. Plan yerlərinin artırılacağını nəzərə alaraq Dövlət İmtahan Mərkəzi tərəfindən “Namizədin elektron ixtisas seçimi” ərizəsi yenidən aktiv edildikdən sonra ərizəsində dəyişiklik etmək istəyən namizədlər sistemə daxil olaraq “Ərizənin təsdiqini ləğv et” düyməsini basmaqla istədikləri dəyişiklikləri edərək ərizələrini yenidən təsdiq edə biləcəklər. Hər hansı bir dəyişiklik etmək istəməyən namizədlərin ərizələri isə olduğu kimi qalır və onlardan ərizələrini yenidən təsdiq etmək tələb olunmur.
Beləliklə, yalnız, namizədlər əlavə edilən plan yerlərini də nəzərə almaqla ixtisas seçimi etdikdən sonra rezidenturaya qəbul olmaq üçün müsabiqə keçiriləcək və nəticələr elan ediləcək.
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat