3 mindən çox namizəd müəllim olmaq üçün yarışır
Bizi izləyin

Elm və təhsil

3 mindən çox namizəd müəllim olmaq üçün yarışır

Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, bugünkü imtahanda Azərbaycan dili, rus dili, rus dili və ədəbiyyatı, fransız dili və musiqi üzrə test imtahanlarında 3493 namizədin iştirakı gözlənilir.

Ötən gün Azərbaycan dili və ədəbiyyat üzrə imtahanlarda 3518 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə 58 bal qeydə alınıb.

Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən imtahanlar iyulun 31-də başa çatacaq.

Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm