4 nəfər 700 bal topladı
Bizi izləyin

Elm və təhsil

4 nəfər 700 bal topladı

Dövlət İmtahan Mərkəzi iyulun 26-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini elan edib. II ixtisas qrupu üzrə 1 nəfər, III ixtisas qrupu üzrə 3 nəfər maksimum nəticə göstərib.

DİM-dən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün sənəd vermiş 31904 abituriyentdən 824 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 26 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

İmtahanda II ixtisas qrupu üzrə 1 abituriyent (Lənkəran rayonu, Balıqçılar qəsəbə orta məktəbinin məzunu), III ixtisas qrupu üzrə isə 3 abituriyent (Gəncə şəhəri, 27 saylı riyaziyyat-informatika təmayüllü lisey, Ağcabədi rayonu, Qaravəlli kənd orta məktəbi, Şəki rayonu, Şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm