Dilçilik İnstitutu: Bəzi toponimlərin monitorinqi açıq müzakirəyə çıxarılmalıdır
Bizi izləyin

Elm və təhsil

Dilçilik İnstitutu: Bəzi toponimlərin monitorinqi açıq müzakirəyə çıxarılmalıdır

“Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi”nin yaradılması dilin tətbiqi istiqamətində görülən işlərin miqyasını genişləndirəcək.

Publika.az xəbər verir ki, bu sözləri AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Təranə Şükürlü deyib.

Onun sözlərinə görə, Prezident İham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ana dilinin saflığının qorunmasına və inkişafına böyük qayğını ifadə edir. “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi”nin yaradılması dilin tətbiqi istiqamətində görülən işlərin miqyasını artıracaq.

“Müasir cəmiyyətdə informasiyanın dövriyyəsi üçün geniş imkanlar vardır. Çoxçeşidli informasiyalar həm KİV-də, həm reklamlarda, həm sosial şəbəkələrdə, həm də virtiual reklamlarda insanların ixtiyarındadır. Çünki bu cür mətnlər mürəkkəb deyil, sadə hesab olunur.

Bu gün hər bir şəxsin istənilən informasiyaya qoşulmaq üçün geniş imkanları var. Buna görə də dil vahidlərindən düzgün istifadə etmək əsas amillərdən biridir. İnformasiyanın təhlilinə mətnlərin, dil vahidlərinin çoxluğu ilə deyil, faktların məzmunundan çıxış edərək yanaşmaq lazımdır.Monitorinqlər zamanı təhlilə cəlb olunan materiallarda etik normalar da diqqətdə saxlanılsa məqsədəuyğun olar.

İnsanın intellektual fəaliyyətinin əsas vasitəsi nitqdir. Nitq vasitəsilə insanlar bir-biriləri ilə informasiya mübadiləsi edir, məlumat çatdırır. Xəbər və xəbərdəntörəmə, Səhər proqramlarında Azərbaycan dilinin müasir vəziyyəti, Azərbaycan ədəbi dilinin təbliği ilə bağlı mövzulara geniş yer verilir. Bu proqramlar məlumatı yönləndirməklə, auditoriyaya çatdırmaqla yanaşı nitqin düzgünlüyünə, dəqiqliyinə və münasibliyinə də əməl edirlər”.

T.Şükürlü bildirib ki, ədəbi dilin normalarının inkişafına kömək edən monitorinqlər özündə bir sıra funksiyalar ehtiva edir:

“İlk növbədə məlumatlandırma funksiyasına diqqət edilməlidir. Burada monitorinqin metodikası, aparılması yolları açıqlanmalıdır. Monitorinqlərin aparılması üçün monitorlar (müşahidəçilər) seçilməli, müəyyən təcrübə keçməlidir. Monitorinqin nəticələri statistik cəhətdən hesablanmalı, diaqramlarda əks olunmalı, məcmuə şəklində çap olunmalıdır. Monitorinq aparan ekspertlərin, dilçilərin rəyləri müqayisə olunmalıdır.

Reklamların və iaşə adlarının, bəzi toponimlərin monitorinqi açıq müzakirəyə çıxarılmalıdır. Yekun rəy onun istifadəsinin məqsədəuyğunluğu və dövlət statndartlarına cavab verməsini müəyyənləşdirməlidir.

İkinci məqam maarifləndirmə funksiyasıdır. Monitorinqin nəticələri maarifləndirmə funksiyası daşımalıdır. Moniorinqin nəticələri hər bir oxucuya, tamaşaçıya, vətəndaşa zövq aşılamalıdır. Təcrübə göstərir ki, monitorinqlər dilin saflığının qorunması istiqamətində çox böyük fayda verir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm