Elm və təhsil
Eksternat qaydada imtahan vermək istəyənlərin nəzərinə - 1 GÜN QALDI
Ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat dekabrın 14-də başa çatır.
Publika.az xəbər verir ki, qeydiyyat və sənəd qəbulu saat 14:00-dan 17:30-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) aparılır.
Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 20-21 dekabr tarixlərində saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.
Qeyd edək ki, BŞTİ-nin əmrinə əsasən, eksternat imtahanları 25-26 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.
Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Onu da qeyd edək ki, eksternat imtahanlarında 16 yaşı tamam olmuş şəxslər iştirak edə bilərlər.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR