Elm və təhsil
PA rəsmisi: Dissertasiyaların müdafiəsi prosesini sadələşdirmək vacibdir
Dissertasiyaların müdafiəsi prosesini mərhələli şəkildə sadələşdirmək və müasirləşdirməklə yanaşı, onun keyfiyyətinin də yüksəldilməsi vacibdir.
Publika.az xəbər verir ki bunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva AMEA-nın Rəyasət Heyətində Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında çıxış edərkən deyib.
F.Əliyeva bildirib ki, bu prosesdə Ali Attestasiya Komissiyası
təsdiqedici və həlledici funksiya daşısa da, digər qurumların da
rolu böyükdür.
Elmi problemlər üzrə elmi şuraların böyük səlahiyyətləri olduğunu
deyən F.Əliyeva dissertasiya mövzularının məhz həmin şuralarda
təsdiq olunduğunu qeyd edib.
PA rəsmisi əlavə edib ki, elmi rəhbərlər bu mərhələyə xüsusilə
diqqətlə yanaşmalıdırlar.
O, dissertasiya şuralarının yenidən formalaşdırılması ilə bağlı
irəli sürülən təkliflər, bu şuralara üzvlərin seçilməsi üçün
müəyyən olunan meyarlar haqqında da danışıb.
F.Əliyeva, həmçinin problem şuralarının veb-saytlarının operativ fəaliyyət göstərmələrinin zəruri olduğunu diqqətə çatdırıb. Eyni zamanda AMEA-da dissertasiya şuralarının işinin səmərəli təşkili, onların fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə müvafiq işlərin görülməsinin məqsədəuyğun olduğunu deyib.
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?