• USD 1,7000 0,00% EUR 1,9150 +0,40%
    • GBP 2,1237 +1,05% RUB 0,0240 +0,42%

Məktəbə buraxılmayan şagirdlə bağlı AÇIQLAMA: "Anası ilə..."

Məktəbə buraxılmayan şagirdlə bağlı AÇIQLAMA: "Anası ilə..."

153 saylı tam orta məktəbdə təhsil alan şagirdlərdən birinin valideyni məktəb direktorundan şikayət edib. Valideyn iddia edir ki, oğlu bir neçə gün dərsdə iştirak etməyib, ona görə də dərslərə buraxılmır. Onun sözlərinə görə, oğlu dərsdə iştirak etmədiyinə görə, məktəbə tibbi arayış təqdim edilib. O, şagirdin dərsdən qovulmasının əsl səbəbini məktəbə "fond pulu”, "mühafizə pulu” ödəməməsi ilə əlaqələndirib.

Məsələ ilə bağlı 153 nömrəli məktəblə əlaqə saxladıq. Məktəbdən direktor Təranə Paşayevanın İcra Hakimiyyətində iclasda olduğu bildirildi.

Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Balaxanım Əbilova Publika.az-a açıqlamasında valideynin iddiasının tamamilə yanlış olduğunu dedi. Onun sözlərinə görə, şagird bir neçə gün yox, oktyabr ayından dərsə gəlmir:

“Ailə münaqişəlidir, ötən ilin oktyabr ayında kişi həyat yoldaşını evdən qovub. Özü balaca oğlunu Yevlaxa aparıb. Videoda dərsə buraxılmadığı deyilən uşağın böyük qardaşı da bizim məktəbdə oxuyur. O, anası ilə birlikdə qaldığı üçün təhsilinə bizim məktəbdə davam edib. Digər uşaq isə oktyabr ayından dərsə gəlmir və direktor, müavinlər, sinif rəhbəri dəfələrlə valideyni ilə əlaqə saxlayıb. Ona bildirmişik ki, uşaq Yevlaxda təhsil alırsa, bununla bağlı sənəd və qiymət cədvəlini təqdim etsin. Fevralın ayında valideyn bizə yanvarın 29-da Yevlaxda kənd məktəblərinin birindən verilmiş arayışı təqdim edib. Biz də şagirdin birinci yarımil ərzində qiymətləndirilməsi barədə də məlumat təqdim edilməsini istəmişik. Çünki jurnalda oktyabr ayından bu vaxta qədər iştirak etmədiyi yazılıb. Lakin valideyn bu istəyimizə əhəmiyyət vermir və övladının bundan sonra bu məktəbdə oxumalı olduğunu deyir. Hazırda hər iki şagird bizim məktəbdə oxuyur. Biri beşinci, digəri doqquzuncu sinifdədir. Əgər valideyn birinci yarımil üzrə qiymətlərini təqdim etməzsə, şagirdin ikinci yarımil nəticələrinə uyğun Pedoqoji Şura qərar verəcək. Ya şagird 6-cı sinfə keçəcək, ya da sinifdə qalacaq. Lakin biz bütün hallarda ailənin vəziyyətini nəzərə alıb, şagirdlə bağlı müsbət qərar verməyə çalışacağıq”.



Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR