Elm və təhsil
Dərslər sentyabrın əvvəlində başlasın - YENİ TƏKLİF
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclası keçirilib. İclasda ictimai-siyası vəziyyət, təşkilati məsələlər, təhsil, iqtisadiyyat və digər iqtiqamətlər üzrə müzakirələr aparılıb.
BAXCP İdarə Heyətinin iclasında dərs ilinin başlanması ilə bağlı məsələyə də toxunulub və dərs ilinin sentyabrın əvvəlindən başlanılması ilə bağlı hökumətə növbəti dəfə çağırış edilib.
Bununla bağlı BAXCP İdarə Heyətinin açıqlamasında deyilir: “Tədris prosesində uzunmüddətli fasilənin yaranması şagirdlərin oxuma və öyrənmə, dərs rejiminə alışmaq kimi təhsillə bağlı olan bir çox vərdişləri yadırğalamalarına səbəb olur. Məhz bu səbəbdən dünyanın əksər ölkələrində yay tətilinin müddəti 45 gündən çox deyil. Digər tərəfdən, son illərin hava proqnozu da sentyabrın ilk günlərindən havaların sərin keçdiyini göstərir”.
BAXCP İdarə Heyətininin açıqlamasında Milli Məclisin müzakirəsinə çıxarılacaq 2020-ci ilin dövlət büdcəsi ilə bağlı təkliflər də səsləndirilib. Qeyd olunub ki, büdcədə elmə və təhsilə ayrılması nəzərdə tutulan vəsaitlər nəzərəçarpacaq səviyyədə artırılmalıdır: “Çünki cəmiyyətin mədəni və intellektual səviyyəsinin yüksəldilməsi elm və təhsilin inkişafından asılıdır”.
BAXCP İdarə Heyəti hökuməti təhsil kreditləri ilə bağlı məsələni islahatların prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlamağa çağırıb.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı