Elm və təhsil
1000 manatdan çox maaş alan müəllimlərin sayı 5 mini ötüb
Cəmiyyətdə müəllim peşəsinin nüfuzunun genişlənməsi nazirliyimizi sevindirən ən böyük uğurdur. Bu sahədə kompleks tədbirlər davam edir.
Publika.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, əməkhaqqının artırılması nəticəsində müəllimlərin orta əməkhaqqı 600 manat olub. Dərs yükündən asılı olaraq daha yüksək əməkhaqqı alan müəllimlərin sayı kifayət qədərdir.
"1000 manatdan çox maaş alan müəllimlərin sayı 5 mini ötüb. Yay aylarında keçirilən işə qəbul kampaniyasında elektron qaydada 55 min müəllim iş üçün müraciət edib. Bölgələrdə vakansiyaların 100 faizə yaxını təmin olunub. 5 abituriyentrdən 4-ü ixtisas seçimində müəllim peşəsini seçib. Bundan başqa, ölkə üzrə 300-ə yaxın məktəb direktoru təyin edilib. İntizam qaydalarına riayət etməyən 6 direktor işdən azad edilib. 7 halda ciddi pozuntular olduğuna görə onlar hüquq-mühafizə orqanalrına təhvil verilib. 80 məktəb direktorunun müqavilə müddətinin uzadılmaması ilə bağlı qərar qəbul olunub".
Repetitor probleminə toxunan nazir qeyd edib ki, məktəblərdə təhsilin keyfiyyətinin artırılması və təmayül siniflərinin yaradılması ilə mübarizə aparılır: "Bunun nəticəsində şagirdlər 10-11-ci siniflərdə istədikləri peşə üzrə təhsil ala biləcək və repetitora ehtiyac qalmayacaq. Təmayül siniflərinin yaradılması və bu siniflərdə şagird sayının 15-ə qədər azalması məhz buna xidmət edir".
Zümrüd
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu