Elm və təhsil
Azərbaycan elminin BİLƏCƏRİ SİNDROMU
(Akademik Ziya Bünyadovla bağlı bədnam dissertasiya xəbərindən sonra yazıldı)
Azərbaycan alimi nə səbəbdən sərhədlərimizi adlaya bilmir? Nədən səsimiz Akademiya divarlarını aşmır?
Səbəb “Biləcəri sindromu” adlanan müdhiş xəstəlikdir. “Biləcəri sindromu” nədir?
Biləcəri sindromu Azərbaycan elmini bürümüş ağır bir xəstəlikdir. Bunun bir sıra təzahür formaları var.
Biləcəri sindromunun əsas təzahürü dar lokal səviyyədə fəaliyyət göstərən, ölkə sərhədlərini adlaya bilməyən “dünya şöhrətli” alimlər toplumunun mövcudluğudur. Bu toplum iki qrupa bölünür: Birincisi, şöhrət, sərvət ardınca qaçan, alimliyi bir yana qoyub məddahlıqla məşğul olan “elm adamları”. İkincisi, bu “dünya şöhrətlilərin” böyür-başında hərlənib onların özünə təriflər deyənlər. Xəstəliyin əsas əlaməti həqiqətdə mövcud olmayan yüzlərlə kitab və məqalə hay-küyüdür.
Müalicəsi dövlət səviyyəsində həyata keçirilməli, alimlər həqiqi uğurlarına görə dəyərləndirilməlidir.
Profilaktik olaraq hər kəsdən həqiqi CV və scholar.google səhifəsi tələb edilə bilər.
Bu xəstəliyin digər təzahürü özünü sərhədləri adlayıb şöhrət imitasiyası yaradanlarda göstərir. Bu xəstələr adətən geniş tərcüməçi şəbəkəsi ilə işləyir, orijinal tədqiqat əvəzinə, oğurluq əsərlərlə dünya şöhrəti iddiası edirlər. Xaricdə qeyri-ciddi jurnallarda məqalələr nəşr etdirirlər. Elmdən uzaq nəşriyyatlarda “kitablarını” çıxarıb təqdimatlar keçirir, həm özlərini, həm də ətraflarındakı sadəlövhləri aldadırlar. Son zamanlar “plagiat işlərin dünya səviyyəsində uğuru” adlı bir virus da yaranıb.
Müalicəsi yalnız plagiatın ifşası ilə məhdudlaşmayıb, həm də elmi dərəcə və adların alınmasından keçir.
Biləcəri sindromunun digər təzahürü özünü paxılıq xəstəliyinə tutulanlarda göstərir. Biz bunu “Biləcəri şivəni” adlandıra bilərik. Azərbaycanda humanitar sahədə bu daha güclüdür. Biləcəri paxılıq sindromu özünü məhz bir başqasının dünya səviyyəsində tanınan uğurunu görərkən baş qaldırır. Bu sindromun əsas əlaməti “ideyalarımız oğulandı!”, “mübarək olmasın!”, “konfransdan sağ qayıtmasın!” kimi ah-nalədə göstərir. Paxıllıq xalqımıza xas xüsusiyyət olduğundan, bu xəstələr ətraflarına adamlar yığa bilir, facebook sevilmlisi olur, xəstəliklərinin virusunu yayırlar.
Müalicəsi yoxdur
Biləcəri sindromunun başqa bir əlaməti xaricdə nəşr olunmağın pulla əlaqələndirilməsi, Biləcəridən o tərəfdəki uğursuzluqların pulsuzluqla bağlanmasıdır. Bir daha təkrar edirəm ki, Veb of Science-də, SCOPUS-da indeksləşən jurnallar, demək olar ki, pulla, tanışlıqla, qohumluqla məqalə nəşr etmir. Burada əsas tələb mövzunun jurnalın ümumi istiqamətinə uyğunluğu, məqalə sahibinin mövzu ilə bağlı bütün ədəbiyyatla tanışlıq və ən əsası yenilik nümayiş etdirməsidir. Yenə öz təcrübəmə qayıdıram. Mənim mövzularım klassik türkdilli şeirimizdə “Gözəlin üz cizgilərinin vəsfi ilə bağlı Quran simvolizmi” (məhz Quran simvolizmi) ilə əlaqəli olmasaydı, yəqin ki, mən də heç nəyə nail ola bilməzdim. Doktorluq dissertasiyamla sıx bağlı bu mövzu, nəinki Azərbaycanda, hətta xaricdə belə işlənməyib.
Sən orijinal mövzunu seç, tədqiqatını apar, uğur özü gəlib səni tapacaq. Beləliklə, xaricdəki uğursuzluğun pulsuzluqla əlaqələndirilməsi əslində xəstəlik deyil, xəstəliyin simulyasiyası - özünü xəstəliyə vurmaqdır.
Müalicəsi alimlərin maaşının artırılmasıdır
Bir qrup alimimiz də var ki, başını aşağı salıb öz sahəsində uğurlar qazanır, öz tədqiqatından zövq alır, amma bunu dünya səviyyəsində təqdim etməyi düşünmürlər. Bəlkə də, buna ehtiyac duymurlar. Onlar İranda, Türkiyədə və s. ölkələrdə konfrans materiallarında və jurnallarda təmsil olunurlar. Bu alimlərin yaradıcılığını dünya səviyyəsində tanıtmaq lazımdır.
Nədənsə, yadıma Nəsib Göyüşov düşdü.
Prof. Aida Qasımova
-
Magazin104:44
Niyaməddin Musayev gəlinindən DANIŞDI: "Yeməkləri bişirib yığır ki..."
-
İKT03:43
Süni intellektə görə yüzlərlə "TikTok" əməkdaşı AÇ QALACAQ
-
Sosial02:12
32 ildən sonra Laçın şəhərində toy sədası eşidildi
-
Kriminal00:45
Atasını döyə-döyə öldürən oğul onun üzünü tamam dağıdıbmış - Tükürpədici DETALLAR
-
Art00:15
Məşhur aktyor tamaşa zamanı HUŞUNU İTİRDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Elə bir sirr ortaya çıxa bilər ki...
-
Sosial12 Oktyabr 23:24
Bakıda məşhur şirkətin işçisi oğurluq üstündə HƏBS EDİLDİ
-
Magazin112 Oktyabr 22:36
Mehin yeni fotoları ilə GÖZ OXŞADI