Elm və təhsil
Şamaxı Rəsədxanasından NASA-nın QORXUNC XƏBƏRDARLIĞINA reaksiya: "Ehtimal var..." - VİDEO
ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) qorxunc açıqlama yayıb.
NASA alimləri hər 2000 ildə bir dəfə dünyaya hansısa asteroidin zərbə vurduğunu və hazırda belə bir asteroidin yerə çox yaxın olduğunu deyib. NASA, “JF1” kod adı olan bu asteroidin yoluna davam edərsə, Yer kürəsinə zərbə vuracağını bildirib. Verilən açıqlamada bu hadisənin qısa müddətdə baş vermə ehtimalının olduqca yüksək olduğu vurğulanıb. Haqqında danışılan asteroidin diametrinin 128 metr olduğu qeyd edilib. 6 May 2022-ci il tarixində bu kosmik qayanın planetimizlə toqquşacağı, potensial olaraq bir şəhəri bir neçə saniyədə məhv edəcəyi və dağıdıcı nəticələrə səbəb ola biləcəyi proqnozlaşdırılıb.

Publika.az məsələ ilə bağlı Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilovla əlaqə saxladı.
Direktor bildirdi ki, hansısa asteroidin Yerə yaxınlaşması, yaxud da toqquşma ilə bağlı onda hansısa məlumat yoxdur: "Orbitlər kəsişə bilər, amma müxtəlif vaxtda keçdiyinə görə toqquşma ehtimalı çox azdır, ümumiyyətlə, ehtimal sıfıra bərabərdir. Göy cisimlərinin, orbitlərin kəsişmə ehtimalı var. Orbitlər kəsişir, amma özləri yox. Tutaq ki, biri müstəvinin bir tərəfindən keçir, digəri yüz min ildən sonra gəlib həmin yerdən keçir. Bu, orbitlərin kəsişməsi deməkdir, amma cisimlərin toqquşması deyil. Kimsə dezinformasiya yayıb, NASA-da elə məlumat yoxdur".
Məhərrəm Əliyev
Video: Sevinc Xanqızı
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO











.jpg)





.jpg)

















