Elm və təhsil
AMEA-nın bu ştat və qurumları LƏĞV EDİLƏCƏK
AMEA prezidenti, akademik Ramiz Mehdiyev bu qurumda islahatların həyata keçirilməsi istiqamətində iş aparır. Bununla əlaqədar akademiyanın müxtəlif sahələrində bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulur.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasında islahatlarla bağlı bəzi şişirdilmiş məlumatlar yayılır.
Vitse-prezident əlavə edib ki, AMEA-da kütləvi ixtisarların aparılması nəzərdə tutulmur: “Harada paralel qurumlar, artıq, şişirdilmiş ştatlar varsa, onların aradan qaldırılması nəzərdə tutulur. Akademiyada ixtisarların olacağı barədə ajiotaj yaratmağa dəyməz. Sadəcə olaraq, AMEA-da təkmilləşdirmə işləri aparılacaq”.
İ.Həbibbəyli əlavə edib ki, AMEA-nın dekabrın 28-də keçiriləcək ümumi yığıncağında elmi müəssisələrin birləşdirilməsi ilə bağlı heç bir məsələ müzakirə olunmayacaq: "Bu yığıncaq akademiyanın Rəyasət Heyətinin təşkilati strukturunda islahatların aparılması ilə bağlı problemləri həll edəcək. Bu yığıncaqda əslində yeni tipli Rəyasət Heyətinin formalaşdırılması və onun işinin stimullaşdırılması istiqamətində qərarlar qəbul ediləcək. Bu isə akademiyanın tarixində yeni bir mərhələnin başlaması deməkdir”. (trend)
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu