DİM: “Abituriyent” jurnalının xüsusi buraxılışı təqdim edildi
Bizi izləyin

Elm və təhsil

DİM: “Abituriyent” jurnalının xüsusi buraxılışı təqdim edildi

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini dərc edib.

DİM-dən Publika.az-a bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və sair məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm