Elm və təhsil
Azərbaycanlı xanım ABŞ dövlət proqramının seçilən siması oldu - FOTO
ABŞ Dövlət Departamentinin Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramının (IVLP) 80 illik yubileyi münasibətilə seçilən 80 uğurlu sima arasında (#FacesofExchange) Azərbaycandan olan iştirakçı - Ellada Mustafayeva da yer alıb.
Publika.az xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun rəsmi saytında qeyd olunub.
1940-cı ildə təsis olunan proqramın 225.000-dən çox məzunu arasından seçilən 80 simadan biri olan Ellada Mustafayeva 2017-ci ildə IVLP proqramında iştirak edib. O, PR, media, təhsil və idarəçilik sahəsində dövlət və özəl qurumlarla peşəkar iş təcrübəsinə malikdir. Bir sıra beynəlxalq və yerli layihələrin idarə və icra olunmasında yer alıb. Müvafiq sahələr üzrə pedaqoji və təlimçilik fəaliyyəti ilə də məşğuldur.
Mədəni və peşəkar mübadilə proqramı olan IVLP ABŞ Dövlət Departamenti tərəfindən Amerika səfirliyi ilə birgə həyata keçirilir. Proqramın məqsədi ABŞ-ın dünya ölkələri ilə əlaqələrini gücləndirmək və fərqli ixtisas sahiblərininin peşəkar inkişaflarına dəstək olmaqdır.
Hər il dünyanın müxtəlif ölkələrindən olan təxminən 5.000 iştirakçı Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramı (IVLP) ilə ABŞ-a səfər edir. IVLP-nin məzunları sırasında Marqaret Tetçer, Toni Bleyr, Nikola Sarkozi, İndira Qandi və s. kimi dünya liderlərini, ictimai xadimləri, müxtəlif sahələrdə öz ölkəsində və qlobal miqyasda tanınan peşəkar şəxsləri qeyd etmək olar.
Bu il 80 illik yubileyini qeyd edən IVLP-nin #FacesofExchange ("Mübadilə üzü") təşəbbüsü də proqram məzunlarının həyat hekayələrini, öz sahələri üzrə peşəkar inkişaflarını nümayiş etdirməklə proqramın qlobal cəmiyyətə təsirini vurğulamaq məqsədi daşıyır.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO